P.Qasli 2017-ci ilin təkərlərini test edib

Pirelli gələn ilin təkərlərini test etmək üçün 3 komanda ilə işləyir. Mercedes AMG, Ferrari və Red Bull avqust ayından etibarən testlər edirlər və bu iş mövsümün sonuna qədər davam edəcək. Testlərdən əldə edilən nəticələr bütün komandalarla paylanılır. Mövsümün sonunda isə hər bir komanda yeni təkərləri test edə biləcək.

F-1.az xəbər verir ki, 2017-ci ilin təkərlərinin testləri Pirelli-nin əvvəlcədən müəyyən etdiyi proqram üzrə davam edir. Red Bull komandası çərşənbə günü Əbu Dabidə yağış təkərlərini sınaqdan keçirib. Bunun üçün tras süni sulanıb. Gələn ilin reqlamentinə uyğun olaraq modifikasiya edilmiş RB11-in sükanı arxasında Pyer Qasli əyləşib. Gənc sürücü 72 dövrə vurub. Dövrələr üzrə göstərilən vaxtlar barədə məlumat verilməyib. Red Bull Qasli ilə testlərə cümə axşamı davam edəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*