P.Maldonado qayıtmayacaq

Sabiq Formula1 sürücüsü Pastor Maldonado bildirib ki, 2017-ci il üçün Formula1-ə qayıtmaq şansı olsa da, rəqabətədavamlı komanda olmadığı üçün bu təklifi rədd edib.

F-1.az xatırladır ki, venesuelalı sürücü PDVSA neft şirkətinin  maliyyə böhranı yaşamasına görə 2015-ci ilin sonunda Formula1-dən getməli olmuşdu. Qeyd edək ki, Maldonado 2012-ci ildə Barselonada qalib gələrək, Formula1 karyerasının yeganə uğuruna imza atmışdı.

Pastor Maldonado: “Formula1-də təcrübəsi olan sürücüyəm və təkliflərin gəlməsi labüddür. Lakin mən daha güclü komandada mübarizə aparmaq istəyirəm. Hazırda yarışmamağım məni məyus edir, lakin həyatda daha vacib şeylər var. Amma hər şeyimi Formula1-ə bağlayaraq yaşamaq istəmirəm. Nəticədə 6 yaşımdan avtoidmanın içində olduğum üçün bu aura üçün darıxıram. Bir gün yarışmağı doğrudan istəsəm, qayıda bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*