12 Dekabr 2017, Çərşənbə axşamı - 03:02

P.Lou Williams ilə danışıqları davam etdirir

P.Lou Williams ilə danışıqları davam etdirir

Müəllif: Elçin Zodorov, redaktor

17:19 - 30 Yanvar, 2017

Mercedes AMG komandası yanvarın əvvəlində texniki direktor Pəddi Lounun komandadan getməsini rəsmən təsdiqləmişdi. Sirr deyil ki, onun xidmətində ən çox maraqlı olan Williams komandasıdır, lakin hələ Qrouvdan heç bir rəsmi bəyanat gəlməyib.

Auto Motor und Sport-un ehtimalına görə, rəsmi açıqlamanın gecikməsi britaniyalı mühəndisin hansı vəzifəni tutacağına aydınlıq gəlməməsi ilə əlaqədardır.

F-1.az xatırladır ki, Pət Simonds keçən ilin sonunda Williams-ı tərk etmişdi və komanda ona əvəzləyici axtarır. Deyilənlərə görə, Lou komandanın rəhbəri postunu tutmaq istəyir, amma Kler Uilyams hazırda komandanın rəhbəri səlahiyyətlərini öz üzərinə götürüb və onları icra edir. Force İndia komandasının anonim nümayəndəsi sözügedən alman nəşrinə bildirib ki, Lounun Williams-da dərhal işə başlayacağı şübhəlidir.

Bir müddət əvvəlki qaydalara əsasən, komandanı tərk edən texniki direktor bir il, aerodinamika şöbəsinin rəhbəri və baş konstruktor isə yarım il ərzində başqa komandaya keçə bilməzdi. Bu addım komandaların sirlərinin qorunması məqsədilə atılmışdı. Lakin sonradan bu qayda dəyişdirilib – əgər mütəxəssisin sabiq komandası keçidə etiraz etmirsə və ya müqavilə müddəti tam başa çatıbsa, heç bir məhdudiyyət qoyulmur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 876
Teqlər , , ,
Paylaş

logo