18 Oktyabr 2017, Çərşənbə - 22:21

P.Lou: “Stroll öyrənməyə davam edir”

P.Lou: “Stroll öyrənməyə davam edir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:09 - 25 Aprel, 2017

Willims komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Ləns Stroll bu il hələ finiş görə bilməsə də, öyrənməyə davam edir.

F-1.az xatırladır ki, kanadalı sürücü Avstraliyada əyləc probleminə görə, Çin və Bəhreyn yarışlarında isə rəqibləri ilə insident yaşayaraq mübarizəni vaxtından əvvəl dayandırmışdı. 18 yaşlı sürücü bu mövsün ən az dövrə vuran pilotlardan biridir.

Pəddi Lou: “Bu, onun üçün əsəbpozucudur, amma Formula1-ə xoş gəlmişsiniz. İndiyə kimi inkişaf etdi və böyük bir mübarizənin içindədir. Bu idmanda öyrənməli olduğunuz çox şey var. Xüsusən də təkərlər mövzusunda. Bəhreyndən çox şey öyrəndi və növbəti yarışda daha güclü olacaq”.

Pəddi Lou sürücüsü Felipe Massanın Bəhreyndəki performansından razı qalıb: “Məncə, Felipe əla iş gördü. Çox təcrübəlidir və iş tapşıranda layiqincə əməl edir. Bolidin sürəti yaxşı görünür və bir ara 4-cü idi. Amma bilirdik ki, sona qədər belə davam etməyəcək. Yaxşı müdafiə olunsa da, yerini qoruya bilmədi.

Çində şərait çox fərqli idi. Bəhreyn oraya nisbətən isti idi. Bolid o şəraitdə sürətli deyildi. Bununla bağlı bəzi həll yollarımız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 184
Teqlər , ,
Paylaş

logo