P.Lou Sirotkindən razıdır

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, yeni sürücüləri Sergey Sirotkin yaxşı vəziyyətdədir.

F-1.az xatırladır ki, rusiyalı sürücü komandaya özü ilə sponsor paketi gətirib. Buna görə də əksəriyyət 22 yaşlı Sirotkini pullu sürücü adlandırır.

Pəddi Lou: “Sergeyi istedadına və uğurlarına görə seçdik. Təbii ki, pula da ehtiyac var. Lakin sırf pula görə sürücü gətirsək, uğurlu nəticələr ala bilmərik. Əsas hədəfimiz keyfiyyətli sürücü idi. Rusiyada, Şərqi Avropada və Skandinaviyada əksəriyyət kiçik yaşlarından kartinqə başlayır və burada 1500 nəfərlik inkişaf proqramı olur. Biz də komanda olaraq buradakı gəncləri dəyərləndiririk. Sergey bu proqramdan Formula1-ə yüksələn ilk sürücü oldu. Onsuz da aşağı seriyalardakı nəticələrindən sonra buraya gəlməməsi təəccüblü olardı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*