24 Oktyabr 2017, Çərşənbə axşamı - 06:03

P.Lou: “Problemi həll etməyə vaxt lazımdır”

P.Lou: “Problemi həll etməyə vaxt lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

06:13 - 11 İyul, 2017

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, bərbad sıralanma turundan sonra iki sürücü ilə də xal almaq onlar üçün gözlənilməz hal olub.

F-1.az xatırladır ki, Felipe Massa sıralanma turunda 17-ci, Ləns Stroll isə 18-ci yeri tutmuşdu. Bu Williams komandasının 2014-cü il Britaniya Qran Prisindən sonra ən bərbad sıralanma turu olsa da, britaniyalılar yarışda 9-cu və 10-cu yerləri tutaraq, 2016-cı ilin Meksika yarışından sonra, yəni 10 yarışdan sonra ilk dəfə hər iki sürücü ilə xal qazanıblar.

Pəddi Lou: “Bəli, bizim üçün gözlənilməz nəticə oldu. Bizim üçün əla yarış oldu. Nəticəyə görə sevincliyik, çünki yarışa arxa yerlərdən başlamışdıq. Sıralanma performansımızı təhlil etməliyik. Cümə günü yarış tempində güclü idik. Problem boş çən performansındadır. Telemetriya məlumatlarına baxaraq, vəziyyəti başa düşməyimiz üçün bir neçə gün lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 049
Teqlər , , , , ,
Paylaş

logo