23 Oktyabr 2017, Bazar ertəsi - 10:01

P.Lou: “Massa yarışı qazana bilərdi”

P.Lou: “Massa yarışı qazana bilərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 01 İyul, 2017

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Felipe Massa Azərbaycan yarışında qalib gələ bilərdi.

F-1.az xatırladır ki, braziliyalı sürücü yarışa 9-cu yerdən başlasa da, öndəki sürücülərin insident yaşamasından istifadə edərək, 3-cü pilləyə qədər yüksəlmişdi. Lakin restartdan sonra Massa asılqan problemi yaşayaraq, ardıcıl ikinci yarışda mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Pəddi Lou: “Asılqan sisteminin bir hissəsində problem yarandı. Arxa asılqanlar kilidləndi. Restart verilən zaman isə Daniel ilə çox yaxın idilər. Problem Felipe pitdən çıxdıqdan sonra əmələ gəldi. Hadisəni daha sonra təhlil edəndə gördük ki, bu problem qırmızı bayraqlarda pitə gəlməmişdən əvvəl əmələ gəlib, amma həmin an bunu telemetriyada görə bilmədik. Lakin bunu qırmızı bayraqlar zamanı da təmir edə bilməzdik. Performansı yox idi. Buna görə də Daniel onu birinci döngədə keçdi.

Lyuis problem yaşadı və Sebastyan isə cəza aldı. Buna görə də Massa liderliyə yüksəlib, yarışı qazana bilərdi. Yerini qoruya biləcək performansı var idi.

Məncə, Massanın performansı yenə də əvvəlki kimidir. Onu günahlandırmıram. Boliddən həmişə maksimumu alır. Geribildirimləri də mükəmməldir. Texnikası da yaxşıdır. Bundan daha güclü olacağını düşünmürəm, çünki onsuz da hazırda çox mükəmməldir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 033
Teqlər , , , , ,
Paylaş

logo