21 Yanvar 2018, Bazar - 16:24

P.Lou: “Massa güclü meyar nöqtəsi idi”

P.Lou: “Massa güclü meyar nöqtəsi idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:19 - 23 Dekabr, 2017

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Massa onlar üçün böyük meyar nöqtəsi olub.

F-1.az xatırladır ki, braziliyalı sürücü bu mövsüm 43 xal toplamış və asılqan problemi yaşadığı Azərbaycan yarışında qələbəyə əsas namizədlərdən idi.

Pəddi Lou: “Bolidin performansı üçün böyük meyar nöqtəsi idi. Bokslarda güclü meyar nöqtəsinə həmişə ehtiyac var. Bəzən boksun bir tərəfində istədiyiniz cavabı tapa bilmirsiniz və iki sürücüyə də baxmaq lazım olur. Amma Felipe hər yarış bizi lazımi sazlanmalarla təmin etdi və gördüyü iş dəyərli idi. Zəif olduğu və Lənsə kömək edə bilmədiyi yarış olmadı. Məncə, bu təsiredici idi.

Onun gedişi zamanlama ilə bağlı idi. Felipe Braziliya yarışından əvvəl bir qərar verməyimizi istəyirdi və biz bunu edə bilmədik. Hələ yarışırdı və güclü namizəd idi, amma ona heç bir təminat verə bilmədik. Buna görə də onun təqaüdə çıxmasını qəbul etdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 36
Teqlər , ,
Paylaş

logo