19 Oktyabr 2017, Cümə axşamı - 03:54

P.Lou martda Williams-da işə başlayacaq!

P.Lou martda Williams-da işə başlayacaq!

Müəllif: Elçin Zodorov, redaktor

17:17 - 01 Fevral, 2017

P.Lou bu ilin əvvəlində Mercedes AMG-dən ayrılmışdı və onun adı Williams-la yanaşı çəkilirdi. Rəsmi açıqlamanın gecikməsi isə onun yeni komandasında hansı vəzifəni tutacağının dəqiqləşməməsi ilə əlaqələndirilirdi.

F-1.az bildirir ki, AutoSport-un əldə etdiyi məlumata görə, 54 yaşlı mütəxəssis Williams-a martın 1-dən qoşulacaq. Lou Direktorlar Şurasına rəhbərlik edəcək və Kler Uilyams, Williams Group-un idarə heyətinin sədri Mayk O’Driskoll və fəxri direktor Nik Rouzla birlikdə çalışacaq. O, həm də komandanın texniki departamentində əsas vəzifəni tutacaq. Bütün bunlar əvvəlki texniki direktor Pət Simondsun vəzifələri ilə müqayisədə çoxdur.

Qeyd edək ki, dekabr ayında Lounun komandanın sahiblərindən biri olacağı deyilirdi. Görünür, britaniyalı Williams-ın Frankfurt birjası tərəfindən qiymətləndirilən səhmlərinin bir hissəsini alıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 2. 927
Teqlər , , , , , ,
Paylaş

logo