P.Lou Həmiltonla əfsanəvi Sennanı müqayisə edib

Williams komandasının texniki direktoru Lyuis Həmiltonu istedadlarına görə Ayrton Sennaya bənzədib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Kanadada karyerasının 65-ci poulunu qazanaraq, Ayrton Sennaya bu statistikada çatmışdı. 32 yaşlı sürücü Monrealda karyerasının 4-cü Böyük Dəbilqəsini əldə etmişdi.

Pəddi Lou: “Lyuis sürət cəhətdən Ayrtona çox bənzəyir. Hər ikisi də əla sürücüdürlər və heyrətamiz dövrələr vururlar. Şənbə günü Lyuis də eyni şeyi etdi. Böyük ehtimalla Mercedes-in proqnozları və bütün məlumatları bolidin poul qazanmasının mümkünsüz olduğunu göstərirdi. Böyük ehtimalla düşünürdülər ki, Ferrari-dən sonra 3-cü olacaqlar, lakin Lyuis çıxdı və əfsanəvi dövrə vurdu. Bu həmişə olmur, amma gözləmədiyimiz anda belə dövrə vururlar və siz ağzıaçıq qalırsınız. Ayrton bunu edə bilirdi və Lyuis də bunu bacarır.

Lakin, Senna və Həmilton çox fərqlidirlər. İnsanlar Lyuisi çox tənqid edirlər, amma çox centlmen və ədalətli yarışçıdır.

Ayrton fərqli idi. Mən o dövrlər Williams-da idim və ona qarşı yarışırdıq. Ayrtonu məğlub etmək çətin idi. 1992-ci ildə onu məğlub edə bildik, ancaq növbəti mövsüm onunla mübarizə aparmaq qəlizləşdi. Çox qəddar idi. Rəqiblərini fərqli taktikalarla bezdirirdi. Amma o dövrlər oyunun qaydaları belə idi. O zamanlarda sıralanma turunda bloklamaya görə cəza gəlmirdi. Trasa çıxıb bizi bloklayırdı. O dövrlər vəziyyət belə idi. İndiki dövrdə stüardlar buna görə cəza verirlər. Ayrton oyunu o dövrün qaydalarına əsasən oynayırdı”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*