P.Lou heç nə anlamır

Williams komandasının texniki direktoru Pəddi Lou yeni paketdə nəyin düzgün işləmədiyini anlamadığını bildirib.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası ilk iki yarışda xal ala bilməyərək, son illərdəki ən pis mövsüm başlanğıcını edib.

Pəddi Lou: “Çox şeyi anlamalıyıq. Üzərində xeyli işləməliyik. İndi əlimizdə daha çox məlumat var. Melburndan sonra haaradasa səhv etmişik. Düzdür, orada da güclü deyildik, lakin Bəhreyndəki kimi zəif də deyildik. Çin yarışından əvvəl problemləri tapmaq istəyirik. Kənardan baxanda heç nə görmürük. Problemi bilsək, belə zəif olmazdıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*