18 Oktyabr 2018, Cümə axşamı - 05:11

P.Lou: “Halonun ağırlığı vacib problemdir”

P.Lou: “Halonun ağırlığı vacib problemdir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:04 - 19 Dekabr, 2017

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, halonun çəkisi komandaları çətin vəziyyətdə qoya bilər.

F-1.az xatırladır ki, sürücülərin təhlükəsizliyini artırmaq üçün Halo sistemindən istifadə olunacaq. Bu sistemin isə maşınının çəkisini 5-6 kq artırması gözlənilir.

Pəddi Lou: “Halonun ağırlığı ən böyük problemlərdən biri olacaq. İnsanlar bu barədə çox danışmırlar. Aerodinamika mövzusunda vacib olacaq. Boliddə əksər detallar haloya görə dəyişdiriləcək və bu, komandaların performans cəhətdən zəifləməsinə gətirib çıxara bilər. Ağırlıq limitinin olması da komandalara əlavə problemlər yaradacaq. Mart ayına qədər komandalar inanmıram ki, tətil edə bilsinlər. Bunlara baxmayaraq, boliddən maksimumu çıxarmaq lazımdır. Əlimizdən gələni edərək, bu prosesi qüsursuz keçirmək lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , ,
Paylaş

logo