P.Lou: “Ferrari güclü rəqibdir”

Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou hesab edir ki, Ferrari 2016-cı il mövsümünə güclü başlayacaq...

F-1.az xatırladır ki, Ferrari keçən mövsüm 3 yarış qazanaraq, Mühəndislər Kubokunda ikinci yeri tutmuşdu. Bu il Ferrari komandasının Mercedes-lə təkər-təkərə mübarizə aparması gözlənilir.

Pəddi Lou Silverstoun trasında keçirilən testlərdən sonra yeni mövsümlə bağlı fikirlərini bildirib: “Hər şey qaydasındadır. Bu gün mühərrikdə heç bir problemlə üzləşmədik. Ümumilikdə gün ərzində problem yaşamadıq. Bu o deməkdir ki, hər şey yaxşıdır.

Mühərriki tam gücdə istifadə etmədik. Buna baxmayaraq, səs çox güclü idi.

Bütün komandaları yeni mövsüm üçün özümüzə rəqib görürük. Gələn həftə nə vəziyyətdə olduğumuzu daha dəqiq biləcəyik.

Ferrari güclü rəqibdir və bizi narahat edirlər, amma bu bizə inkişaf etmək üçün motivasiya verir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*