P.Lou: “Bakını artıq daha yaxşı tanıyırıq”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Bakıda da Kanadadakı templərini davam etdirmək istəyirlər.

F-1.az xatırladır ki, Monrealdakı yarışa Massa 7-ci yerdən başlasa da, Saynsın ikinci döngədə çırpılması nəticəsində mübarizəni ilk dövrədən dayandırmışdı. Williams komandasının digər sürücüsü Ləns Stroll isə gözəl sürüşlə 17-ci yerdən 9-cu yerə qədər yüksələrək, karyerasının ilk xallarını qazanmışdı.

Pəddi Lou: “Keçən il Bakıda həyəcanverici yarış olmuşdu və işlər bizim üçün əla getmişdi. İndi bu şəhəri daha yaxşı tanıyırıq və daha yaxşı hazırlaşacağıq. Bakı Şəhər Halqasında yarış saat əqrəbinin hərəkətinin tərsinə gedir və Kanada trasına çox bənzəyir. İki həftə əvvəlki yarışda tempimiz yaxşı idi və bunu Bakıda davam etdirmək istəyirik. Orta qrupda çətin rəqiblərimiz var və mövsümün əvvəlindəki məqsədimizdən əl çəkməmişik. Mühəndislər Kubokunda 4-cü yeri istəyirik və əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*