12 Dekabr 2018, Çərşənbə - 14:15

P.Hembri: “Yeni qaydalar yarışları həyəcanlandırdı”

P.Hembri: “Yeni qaydalar yarışları həyəcanlandırdı”

Müəllif: Rauf Hacıyev, redaktor

10:03 - 22 Mart, 2016

Pirelli Motorsport-un rəhbəri Pol Hembri bildirib ki, 2016-cı ildən etibarən tətbiq edilən 3 fərqli təkər seçimi qaydası idman üçün uğurlu olub…

F-1.az xatırladır ki, əvvəllər yarışlara iki fərqli quru təkər növü gətirilirdi, amma bu ildən hər yarışa 3 fərqli quru təkər növü gətirilir. Bu qayda birinci dəfə mövsümün ilk yarışı Avstraliya QP-də tətbiq edilib.

Pol Hembri yeni təkər qaydası barədə danışıb: “Əvvəlki illərdə istifadə edilən qaydalara baxanda, onu deyə bilərəm ki, yeni qayda uğurlu alınıb.

Keçən il bu yarışda hamı bir dəfə pit-stop etmişdi, amma builki yarışda komandalar 2-3 dəfə pitə gəldilər.

Ona görə də biz deyə bilərik ki, yeni qayda uğurlu alınıb.

Yeni qaydaların üstünlüyü odur ki, siz vəziyyətə görə taktikanı dəyişə bilərsiniz.

Məsələn, sıralanma turunda zəif nəticə göstərsəniz və ya siz strategiyanı dəyişdirmək istəsəniz, sizin daha çox seçim etmək şansınız olacaq.

Ona görə də yeni qayda hələki işə yarayır. Əgər belə davam etsə, biz bu qaydanı 2017-ci ildə də tətbiq edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 386
Teqlər ,
Paylaş

logo