P.Fittipaldi Fortec-də çıxış edəcək

İkiqat dünya çempionu Emerson Fittipaldinin 19 yaşlı nəvəsi Pyetro 2016-cı ildə karyerasını Formula 3.5 V8 seriyasında davam etdirəcək - gənc braziliyalı sürücü Fortec Motorsport komandası ilə müqavilə imzalayıb.

F-1.az xatırladır ki, keçən il Pyetro elə bu komandanın Formula3 seriyasında çıxış edib və mövsümü 17-ci yerdə başa vurub.

Pyetro Fittipaldi: “Mən karyeramda yeni səhifəyə başlayıram və Fortec-lə əməkdaşlığımı davam etdirməyə çox şadam. Bu seriyada rəqabət daha yüksəkdir, ona görə də məni çətin imtahan gözləyir. Əminəm ki, maşın sürətli olacaq, amma gərgin işləmək lazımdır ki, ilk yarışlardan qələbə uğrunda mübarizə apara bilək”.

Keçən il Pyetro Arden komandası ilə Formula Renault 3.5 seriyasında testlərə qatılmışdı, bir il əvvəl isə Britaniyanın Renault seriyasında qalib gələrək FİA-nın gənc sürücülər akademiyasının dinləyicisi olmuşdu.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*