19 Noyabr 2017, Bazar - 08:51

P.de la Rosa: “McLaren qələbə qazana bilməyəcək”

P.de la Rosa: “McLaren qələbə qazana bilməyəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

16:57 - 25 Fevral, 2016

McLaren komandasının eks sürücüsü Pedro De la Rosa bildirib ki, McLaren Honda bu il qələbə qazana bilməyəcək…

F-1.az xəbər verir ki, McLaren Honda bu il etibarlılıq problemlərini nisbətən həll etsə də, de la Rosa onların qələbə qazanmasına inanmır: “Realist olmalıyıq. McLaren bu il qələbə qazana bilməyəcək. Onlar bu il yaxşı başladılar. Ancaq ümid edirəm ki, Q3 və podium uğrunda mübarizə apararlar”.

De la Rosa bildirib ki, Mercedes AMG və Ferrari komandaları çempionluq uğrunda mübarizə aparacaqlar: “Bu mövsüm 4 bolid yarış qazanacaq. Bunlar 2 Mercedes və 2 Ferrari olacaq. Hər iki komanda da yaxşıdır və rəqiblərindən çox sürətlidirlər.

Ferrari kimi böyük komandanın bütün silahlarını ilk testlərdə nümayiş etdirməsi məni təəccübləndirir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , ,
Paylaş

logo