18 Dekabr 2017, Bazar ertəsi - 13:08

P.de la Rosa: “Batton uyğunlaşmaqda çətinlik çəkə bilər”

P.de la Rosa: “Batton uyğunlaşmaqda çətinlik çəkə bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

07:12 - 25 May, 2017

Sabiq Formula1 sürücüsü Pedro de la Rosa bildirib ki, Battonun uğur qazanması onun bolidə uyğunlaşmasından asılı olacaq.

F-1.az xatırladır ki, Fernando Alonso əfsanəvi İndy500-də yarışmaq həvəsinə düşdükdən sonra McLaren komandası avtoidmanın brilyant qaşı Monakoda yarışması üçün ispaniyalı sürücünün əvəzinə başqa bir Dünya Çempionunu – Censon Battonu gətirib. Lakin, britaniyalı sürücü MCL32-nin sükanı arxasına daha əvvəl keçməyib. Əvəzində isə simulyatorda testlər edib.

Pedro de la Rosa: “Batton mükəmməl sürücüdür. Onun statistikalarına baxın. O, Dünya Çempionudur və son iki ildə Alonsoya çox yaxın idi. İkisini də ayırmaq çox çətin idi. Buna görə də sürətli olacağını düşünürəm. O, həm də Monakoda uçur. Triatlonla məşğul olduğu üçün hələ də ideal formadadır. Yeganə müəmma onun yeni bolidlərə uyğunlaşmasıdır. Yeni bolidlər çox fərqlidir. Gözləyək görək. Düzdür, istedadlı və sürətlidir, lakin vaxta ehtiyacı olacaq.

Formula1 həmişə çətin olub. McLaren-in İspaniyada son sektorda sürətli olması isə əla xəbərdir. Kataloniyada son sektor çox çətin idi və ən yavaş döngə orada idi. O sektoru Monako ilə müqayisə edə bilərik. Buna görə də Monakoda McLaren-dən yaxşı nəticə gözləyirəm. Bolid rəqabətədavamlı ola bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 65
Teqlər , , ,
Paylaş

logo