P.de la Rosa: “Alonso bütün dövrlərin ən yaxşı pilotudur”

Fernando Alonso McLaren-lə çətin mövsüm keçirsə də, demək olar ki, hər yarışda mümkün olan maksimum nəticəni göstərib. Bir çox yarışı xalla başa vuran Fernando hazırda çempionatda 10-cu yerdədir.

F-1.az xəbər verir ki, son 6 yarışın 4-nü yeddinci yerdə tamamlayan McLaren-in ispan sürücüsü gələn il yenidən çempionluq uğrunda mübarizə aparmağa ümid edir. Fernandonun həmyerlisi, sabiq Formula1 sürücüsü Pedro de la Rosa Alonsonun bütün dövrlərin ən yaxşı sürücüsü olduğunu düşünür: “Karyeram boyunca böyük sürücülərlə çalışmışam. Hamısının necə çıxış etdiyini, telemetriya nəticələrini görmüşəm. Bunu deməyim fərqli dövrlərdə yarışmış sürücülər üçün haqsızlıq ola bilər, amma Formula1 tarixinin ən yaxşı sürücüsünü seçəsi olsam, Alonso deyərəm. McLaren hazırda sıralanma turunda 3-cü sessiyaya qalmaq üçün çalışır və gələn il çempion olmaları çox çətindir. Amma podium uğrunda mübarizə aparacaqlarına şübhə etmirəm”.

De la Rosa Həmiltonun Mercedes-i tənqid etməsinə də münasibət bildirib: “Bunu etmək əvəzinə verdikləri maşın üçün onlara təşəkkür etməlidir. Çempionatda hər şey baş verə bilər. Çempionun isə Rosberq olacağını düşünürəm…”

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*