16 Dekabr 2017, Şənbə - 03:40

Ostində yağan yağış Pirelli üçün xeyirli olub

Ostində yağan yağış Pirelli üçün xeyirli olub

Müəllif: Rauf Hacıyev, redaktor

15:09 - 24 Yanvar, 2016

2015-ci ilin ABŞ QP-də yağan yağış Pirellinin yağış təkəri testlərinə kömək edib. Bu barədə Pol Hembri deyib.

F-1.az  daha əvvəl də xəbər vermişdi ki, Pirelli yağış təkərini sabah və birgün cənubi Fransada yerləşən Pol Rikar trasında test edəcək.

Pirelli-nin avtoidman rəhbəri Pol Hembri bildirib ki, 2015-ci ildə keçirilən ABŞ QP-də qızıl dəyərində məlumatlar əldə ediblər: “Ostin yarışında son 5 ildəki ən yaxşı yağış təkəri testini reallaşdırdıq. Bu təəccüblü idi, çünki son 5 ildəki ən real məlumatları topladıq. Bu bizim üçün yaxşıdır, çünki 2016-cı ildə çoxlu yağışlı yarışlar gözlənilir.

2015-ci ildə yağışlı seanslar və yarışlar çox oldu. Ancaq yağışlı hava şəraitində test edə bilməmişdik.

Təkərləri təkmilləşdirmək çətindir. İndiyə qədər hər şey yaxşı gedir, amma daha yaxşısını və daha artığını etmək istəyirik. Bu testlərdə təkərlərin sürüşmə performansı ilə bir az çox məşğul olacayıq, çünki keçmişdə bununla çox da maraqlanmamışıq. Artıq biz bilirik ki, hansı sahələrdə inkişaf etmək lazımdır. Əlinizdə məlumat varsa, inkişaf etmək də asan olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 289
Teqlər , , , , , ,
Paylaş

logo