Ostində işlər qrafikə uyğun gedir

Texas ştatının mərkəzində qış yağışları yağır, amma hava Circuit of The Americas (СОТА) avtodromunun tikintisinə təsir etmir. Gələcək avtodromun mətbuat […]

Texas ştatının mərkəzində qış yağışları yağır, amma hava Circuit of The Americas (СОТА) avtodromunun tikintisinə təsir etmir. Gələcək avtodromun mətbuat xidmətinin bildirdiyinə görə, tikinti işləri həftənin altı günü davam edir və daimi işçilərin sayı artıq 400 nəfəri keçib.

Boksların hər üç mərtəbəsi artıq tikilib, yardımçı binaların tikintisi davam edir, baş tribunanın bünövrəsi də tökülüb. Mətbuat mərkəzinin divarları qaldırılır, su kəmərləri, kanalizasiya xətləri və elektrik xətləri çəkilir.

Start-finiş düzlüyünü artıq aydın seçmək olur, burada 9 aydan sonra ilk dəfə maşınlar start alacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*