Ostin sakinləri gecə işlərinin əleyhinədirlər

Keçən ilin payızında Formula1-in ABŞ-a qayıtması layihəsi üzərində qara buludlar toplaşmışdı – Ostində avtodromun tikilməsinin təəssübkeşləri arasında daxili narazılıqlar güclənmişdi. […]

Keçən ilin payızında Formula1-in ABŞ-a qayıtması layihəsi üzərində qara buludlar toplaşmışdı – Ostində avtodromun tikilməsinin təəssübkeşləri arasında daxili narazılıqlar güclənmişdi. Üstəlik, onlardan bəzisi Berni Ekklstounla boş mübahisələrə girişmişdi. Nəticədə bütün məsələlər yoluna qoyuldu, amma qızıldan qiymətli vaxt əldən verildi. Dekabr ayının yağışlı olması isə qrafikdən kənarlaşmanı artırdı.

Ona görə də itirilmiş vaxtı geri qaytarmaq üçün podratçılar sutkalıq iş rejiminə keçiblər. Təəssüf ki, bu qərarı heç də hamı müsbət qiymətləndirməyib – yerli sakinlər gecə səs-küyün və projektorların gur işığının əleyhinə qalxıblar.

Texaslı Don Heyvud yerli The Statesman qəzetinə bildirib ki, “10 və ya 12 projektor düz mənim evimin pəncərəsinə işıq salır”. Kəti Oliv isə deyib ki, artıq iki həftədir hamı gecə səs-küyündən yata bilmir.

Tikintinin rəhbərləri ilə görüşündə yerli sakinlər daim beton və ağır texnikanın gətirilməsi üzündən geniş olmayan yollarda yaranan tıxaclardan da gileyləniblər. Düzdür, yolların bir qismi genişləndirilsə də, tıxac problemini tam həll etmək mümkün olmayıb.

Circuit of the Americas avtodromunun nümayəndələri bildiriblər ki, yerli sakinlərlə danışıqlarda kompromis əldə etməyə çalışacaqlar. Kəti Oliv isə qəti olaraq cavab verib ki, “bizim vəziyyətimizi pisləşdirəcək hər bir şeyin vaxtında qarşısını almağa hazırıq. Heç kim təcrbəalıtı dovşan olmaq istəmir.”

ABŞ Qran Prisi Ostondə noyabrın ortalarında keçirilməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*