19 Noyabr 2017, Bazar - 19:46

O.Safnauer: “Peres diqqətsiz sürücü deyil”

O.Safnauer: “Peres diqqətsiz sürücü deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

08:11 - 02 İyun, 2017

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer Monako yarışında etdiyi qəzaya görə Daniil Kvyat tərəfindən tənqid edilən Serxio Peresi müdafiə edib.

F-1.az xatırladır ki, Serxio Peres yarışın sonunda əvvəlcə Stoffel Vandorna hücum edərək, 10-cu yerə yüksəlmiş və belçikalı sürücünün baryerlərə çırpılmasına səbəb olmuşdu. Meksikalı sürücü bundan sonra 9-cu yerə yüksəlmək üçün Kvyatı izləməyə başlamışdı. 27 yaşlı sürücü yarışın 72-ci dövrəsində Rascasse-da Kvyata hücum edərkən insident yaşamış və rusiyalı sürücünün mübarizəni dayandırmasına səbəb olmuşdu. Peres bu insidentdən sonra 15 yarışlıq xalalma seriyasını da dayandırmışdı.

Otmar Safnauer: “Xal almaq üçün son həddə sürsə də, diqqətsiz deyildi. Strollu, Palmeri və Vandornu keçmişdi. Trasda ən çox ötmə edən sürücü o idi və 4 cəhddən 3-də uğurlu oldu. Məncə, Kvyat əvvəlcə ötmək üçün qapını açıq saxladı və daha sonra yerini qorumaq üçün trayektoriyanı bağladı. Bu hadisə Çekonun yarışını məhv etdi. Lakin FİA, xatırladığım qədər, yeni qaydalarda “qoy yarışsınlar” deyirdi.

Məncə, bu yarış insidenti idi. Trayektoriya açıq idi və gec bağlandı. Peresin də yarışı məhv oldu. Toro Rosso komandasının əlavə sanksiya istəmək səbəbini anlamıram. Təbii ki, Kvyatın da yarışı bitdi, lakin qapını o qədər açıq qoymamalısınız. Rascasse döngəsini hamı kimi daxili trayektoriyadan dönsəniz, bunlar olmaz. Məncə, azarkeşlər belə hücumlar görmək istəyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 437
Teqlər , , , , ,
Paylaş

logo