Nyu Cersi yarışı 2014-cü ilin ortalarında baş tutacaq

Keçən ilin sonunda 2013-cü ildə debütü nəzərdə tutulmuş Nyu Cersi Qran Prisi bir il təxirə salındı. Yarışın promouteri Leo Hinderi […]

Keçən ilin sonunda 2013-cü ildə debütü nəzərdə tutulmuş Nyu Cersi Qran Prisi bir il təxirə salındı. Yarışın promouteri Leo Hinderi bildirib ki, yarışın bu dəfə nəzərdə tutulmuş vaxtda keçirilməsinə şübhə etmir…

Leo Hinderi: “Berni Ekklstoun bizim yarışı təxirə salmaqla tam doğru qərar qəbul etmişdi. Biz trasın salınmasına başlamışıq, keçən ilin payızında bizim buna icazəmiz yox idi. Biz yarışı çox rahat keçirəcəyik – Berninin dəstəyi ilə yarışı gələn ilin ortalarına planlaşdırmışıq.”

Berni isə yarışın təxirə salınmasının səbəbinin icazənin olmamasında görmür: “Problem bu layihəyə başlayan insanlarda idi. Düşünürəm ki, əsas problem maliyyə çatışmazlığıdır.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*