21 May 2018, Bazar ertəsi - 05:05

Nürburqrinq təqvimə qayıdır?

Nürburqrinq təqvimə qayıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

19:09 - 20 Yanvar, 2018

Nürburqrinq trasının rəhbəri Mirko Markfort bildirib ki, Liberty Media ilə aparılan danışıqlar yaxşı gedir və 2019-cu ildə təqvimə qayıda bilərlər.

F-1.az xatırladır ki, Formula1-in əfsanəvi və tarixi traslarından olan Nürburqrinq sonuncu dəfə 2013-cü ildə Formula1-i qəbul etmiş, amma maliyyə problemlərinə görə təqvimdən çıxmışdı.

Mirko Markfort: “Nürburqrinq Formula1 üçün vacib traslardandır və bu dəyərin itirilməsini istəmirik. 2019-cu ildə yenidən təqvimə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Hazırda Liberty Media ilə danışıqlar müsbət yöndə gedir. Təbii ki, maliyyə cəhətdən bəzi problemlər var və əvvəlcə bunlar həll olunmalıdır. Formula1-də yarış keçirmək çox pul tələb edir. Ümid edirəm ki, 2019-cu ildə təqvimə qayıda bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 96
Teqlər , ,
Paylaş

logo