N.Todt: “Toro Rosso ilə danışıqlar davam edir…”

Sebastyen Burdenin meneceri Nikolya Todt ümid edir ki, çempionatın yeganə fransalı sürücüsünün gələcəyi barədə məsələyə həftənin sonuna kimi aydınlıq gətiriləcək. […]

Sebastyen Burdenin meneceri Nikolya Todt ümid edir ki, çempionatın yeganə fransalı sürücüsünün gələcəyi barədə məsələyə həftənin sonuna kimi aydınlıq gətiriləcək. Mətbuatda şayiələr yayılıb ki, guya Toro Rosso komandası 29 yaşlı sürücünü daha bir il saxlamağı qərara alıb, amma Todt bu məlumatı təsdiq etməyə hələ hazır deyil…

Nikolya Todt: “Hazırda heç nə həll olunmayıb. Toro Rosso və digər seriyalarla danışıqlar davam edir. Mən əminəm ki, yaxın günlərdə biz yeni xəbər öyrənəcəyik.”

Onun sözlərinə görə, Toro Rosso əvvəlki kimi tələb edir ki, Burde müəyyən sponsor dəstəyini təmin etsin: “Bizə aşkar dedilər ki, komandaya büdcəsi olan sürücü lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*