N.Technology FİA-nı məhkəməyə verib

Biz artıq N.Technology komandasının narazılığından yazmışdıq, komanda gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə vermiş, amma iştirakçılar siyahısına düşə […]

Biz artıq N.Technology komandasının narazılığından yazmışdıq, komanda gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə vermiş, amma iştirakçılar siyahısına düşə bilməyib. Sonradan məlum olub ki, FİA yeni komandanın təqdim etdiyi sənədlərin bir qismini itiribmiş və məhz bu sənədlər seçim zamanı federasiya tərəfindən nəzərə alınmayıb. Narazılıq davam edib, N.Technology İtaliya məhkəməsində iddia qaldırıb və FİA günahsız olduğunu sübut etmək üçün ərizələrin seçim prosesini hamıya aşkar göstərməli olacaq.

Federasiyanın seçdiyi və gələn il debüt edəcək hər üç komandanın adı çoxlarını təəccübləndirib. Deyilənlərə görə, Dəvid Riçardsın Prodrive komandası ona görə bu siyahıya düşə bilməyib ki, komanda Cosworth şirkəti ilə üçillik müqavilədən imtina edib – federasiya öz maraqlarını qoruyurmuş, indi isə komandalar öz maraqlarını qoruyacaqlar.

Bu əhvalatın hələ davamı olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*