N.Rosberq karyerasını Mercedes-də başa vuracaq?

Niko Rosberq istisna etmir ki, Mercedes-in zavod komandasında Formula1 karyerasının sonuna qədər çıxış edəcək… Niko Rosberq: “”Gümüşü oxlar”la karyeramı başa […]

Niko Rosberq istisna etmir ki, Mercedes-in zavod komandasında Formula1 karyerasının sonuna qədər çıxış edəcək…

Niko Rosberq: “”Gümüşü oxlar”la karyeramı başa vurmaq? Niyə də yox? Mənim bu komanda ilə titul qazanamq şansım var və hazırda nail olduğumuz tərəqqiyə görə mən komandaya minnətdaram.

Mənim əsas məqsədim titul qazanamqdır. Komanda ilə qələbə qazanamq məni daha çox cəlb edir, nəinki Ferrari-nin sükanı arxasında qələbə qazanmaq. Gələcək komanda yoldaşımın məsələsinə gəlincə, mən bu məsələdə problem görmürəm: mənim heç bir tələbim yoxdur, istənilən sürücü ola bilər. Sebastyan Fettel belə olsa, heç bir problem görmürəm.

Əlbəttə, əgər Mixael komandada qalsa, daha yaxşı olardı. Hazırda Mixael çox yüksək səviyyədə çıxış edir və mən ümid edirəm ki, o müqaviləsini bir az da uzadacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*