N.Rosberq: “Biz təkər seçimində səhv etdik”

Malayziya Qran Prisi Niko Rosberq üçün pis başlamayıb: alman sürücü əla start alıb ilk pit-stopa kimi liderlik edib, amma komanda […]

Malayziya Qran Prisi Niko Rosberq üçün pis başlamayıb: alman sürücü əla start alıb ilk pit-stopa kimi liderlik edib, amma komanda təkər seçimində səhvlərə yol verdiyindən son nəticədə Niko finişdə səkkizinci olub…

Niko Rosberq: “Mən fantastik start aldım! Komanda əla maşın hazırlayıb və hər dövrə mən sürətimi artırırdım, pit-stopdan sonra isə mən daha sürətli olan Censonun arxasında rahat ikinci yerə düşdüm. Tezliklə, hava pisləşdi və biz təkər seçimində səhvlərə yol verdik. Deyə bilmərəm nə baş verdi – amma səkkizinci yer gözlədiyimiz nəticə deyil.

Mən yarışın direktoru ilə razıyam – yarışı davam etdirmək mümkün deyildi, hətta güclü yağış təkərlərində maşın 30 km/saat sürətdə suyun üstündə üzürdü.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*