N.Rosberq Bandini mükafatını alacaq

Niko Rosberq 2010-cu il mövsümündəki nailiyyətlərinə görə Lorenso Bandini adına mükafata layiq görülüb, təşkilatçılar almaniyalı sürücünün qələbəyə canatmasını və yüksək […]

Niko Rosberq 2010-cu il mövsümündəki nailiyyətlərinə görə Lorenso Bandini adına mükafata layiq görülüb, təşkilatçılar almaniyalı sürücünün qələbəyə canatmasını və yüksək mənəvi keyfiyyətlərini qeyd ediblər.

Bandini mükafatı sürücünün ölümünün 25-ci ildönümü münasibətilə təsis edilib və hər il Lorensonun anadan olduğu Briziqella şəhərinin sakinlərinin və meriyasınanın səsverməsi nəticəsilə təqdim olunur. Səsvermə zamanı sürücünün mövsümdə göstərdiyi nəticələrlə yanaşı onun qələbə əzmkarlığı da nəzərə alınır.

Ənənəyə uyğun olaraq, qalib gələn sürücü Faensadan Briziqellaya qədər olan 12 kilometrlik yolu Mercedes GP maşınının və ya Təhlükəsizlik maşınının sükanı arxasında qət etməli və mükafatı Bandininin keçmiş həyat yoldaşının əlindən almalıdır.

Lorenso Bandini adına mükafatın laureatları:
1992 – İvan Kapelli
1995 – Dəvid Kulthard
1996 – Jak Vilnöv
1998 – Cankarlo Fizikella
1999 – Aleks Vürs
2000 – Yarno Trulli
2001 – Censon Batton
2002 – Xuan Pablo Mantoyya
2003 – Mixael Şumaher
2004 – Kimi Rəykkönen
2005 – Fernando Alonso
2006 – Mark Uebber
2007 – Felipe Massa
2008 – Robert Kubitsa
2009 – Sebastyan Fettel
2010 – Lyuis Həmilton
2011 – Niko Rosberq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*