N.Rosberq: “Axşam yarışları qorxuludur”

Niko Rosberq (Williams) hesab edir ki, Formula1 yarışlarını axşam vaxtı keçirmək olduqca qorxuludur. Avstraliya Qran Prisinin startı Avropa teleauditoriyasına daha […]

Niko Rosberq (Williams) hesab edir ki, Formula1 yarışlarını axşam vaxtı keçirmək olduqca qorxuludur. Avstraliya Qran Prisinin startı Avropa teleauditoriyasına daha rahat olan axşam vaxtına keçirilmişdi, amma Melburnda artıq hava qaralırdı və bir çox sürücülər yarışdan sonra gileyləniblər ki, yarışda görüntü pisləşib. Malayziya yarışı da yerli vaxtla saat 17-də başlamalıdır, ona görə də Niko ehtiyat edir ki, əgər Sepanqda bazar günü yağış yağarsa, yarışı yarımçıq saxlamalı olacaqlar…

Niko Rosberq: “Əgər yağış başlasa yarışı saxlamalı olacaqlar, çünki biz trasda o qədər su altında gedə bilməyəcəyik. Məncə, yarışı axşamlar keçirmək düzgün deyil. Melburnda biz gördük ki, belə addım riskin səviyyəsini artırır.

Förüntü o dərəcədə pis idi ki, bəzi döngələrdə mən trasın kənarını görmürdüm. Ümid edirəm ki, bu məsələyə yenidən baxılacaq. Startı bir saat irəli çəksəydilər, vəziyyət xeyli yaxşı olardı, çünki əsas problemlər məhz yarışın sonunda başladı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*