N.Rosberq atasından sürətlidir (video)

Mercedes GP komandasının sürücüsü Niko Rosberq özünün rəsmi saytına Laplandiyada Muonio yaxınlığında çəkilmiş maraqlı videoçarx yerləşdirib… Süjet sadədir: Niko və […]

Mercedes GP komandasının sürücüsü Niko Rosberq özünün rəsmi saytına Laplandiyada Muonio yaxınlığında çəkilmiş maraqlı videoçarx yerləşdirib…

Süjet sadədir: Niko və onun atası, 1982-ci ilin dünya çempionu Keke Rosberq buzlu trasda güclərini sınamaq qərarına gəliblər. Kadrlardan göründüyü kimi yarış yerli idmançılardan götürülmüş köhnə BMW-də həyata keçirilib.

Keke öz qələbəsinə əmin olub, doğma yerlərin ona kömək edəcəyini söyləyib. Amma hadisələr başqa senari üzrə cərəyan edib: Nikonun sürəti Kekeni təəccübləndirib!

Əlbəttə, gənclik qalib gəlib: sonda Niko görüb ki, atası əsəbləşir. Yarışdan sonra Keke deyib ki, nəticəni nəzərə almasaq, hər şey əla olub, oğlu isə davam edib ki, “hər şey nəzər nöqtəsindən asılıdır!”

Bundan sonra Rosberqlər yaxınlıqdakı kafeyə çay içməyə yollanıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*