N.Pike Renault-nun ondan üzr istəməsini gözləyir

Almaniyanın Auto Motor und Sport saytı bildirib ki, Nelson Pike Renault komandasının üçqat dünya çempionundan üzr istəməsini gözləyir, axı komanda […]

Almaniyanın Auto Motor und Sport saytı bildirib ki, Nelson Pike Renault komandasının üçqat dünya çempionundan üzr istəməsini gözləyir, axı komanda keçənilki Sinqapur yarışındakı qəzanın araşdırılması zamanı Flavio Briatore ilə eyni mövqeni tutmuşdu. O zaman komandanın başçısı bildirmişdi ki, qəza təklifini Nelsinyo edibmiş. Nelson Pike hesab edir ki, yaxın iki həftə ərzində komanda ondan üzr istəməsə məhkəmə iddiası qaldıracaq…

Nelson Pike: “Renault-nun iki həftə vaxtı var, əgər komanda bizdən üzr istəməsə, biz məhkəməyə müraciət edəcəyik. Mən Nelsinyonun səhvini etiraf edirəm, amma Formula1 tarixində qəsdli qəzaların sayı daha çoxdur. Ayrton Senna belə qəzaların hesabına iki titul qazanıb, bir dəfə 1983-cü ildə Formula3-də Martin Brandlla mübarizədə, ikinci dəfə isə 1990-cı ildə Alen Prostla mübarizədə. Hər iki qəza çox təhlükəli idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*