N.Pike macar yarışına təsdiq olunub

Renault komandası Nelsinyo Pikenin Macarıstan Qran Prisində iştirakını təsdiq edib. Sürücünün komandadan azad edlməsi təxirə salınıb, Hunqarorinqdə braziliyalı sürücü maşının […]

Renault komandası Nelsinyo Pikenin Macarıstan Qran Prisində iştirakını təsdiq edib. Sürücünün komandadan azad edlməsi təxirə salınıb, Hunqarorinqdə braziliyalı sürücü maşının Alonsonun Almaniyada istifadə etdiyi yeni versiyasını alacaq…

Nelsinyo Pike: “Mən ciddi hücum edirdim, amma mənim maşınım Alonsonun maşını kimi yeni deyildi, belə vəziyyətdə onun tempinə uyğun gəlmək çətindir. Macarıstanda mən də maşının eyni versiyasını alacam və rəqabətədavamlı olmalıyam. Həmişəki kimi ümid edirəm ki, sıralanma turunda sonuncu sessiyaya keçə biləcəm, yarışda isə xal qazana biləcəm.

Keçən il macar mərhələsi mənim üçün uğurlu alınmışdı və mən yarışı altıncı yerdə başa vurmuşdum. GP2-də mən burada qalib gəlmişdim və səbirsizliklə uik-endin başlanmasını gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*