Braziliya mətbuatı xəbər yayıb ki, Nelsinyo Pike karyerasını yeni komandada davam etdirə bilər – onun atası və Peter Zauber BMW Sauber komandasını almaq fikrindədirlər.
Qeyri-rəsmi məlumatlara görə, bu məsələ hazırda müzakirə olunur. Peter Zauber BMW Sauber-də olan səhmlərin 20%-ni özündə saxlayacaq, yerdə qalan səhmləri isə Nelson Pike və digər sərmayədarlar alacaqlar. Adı Sauber Piquet F1 olacaq komanda Ferrari motorlarından və Hinvildəki bazadan istifadə edəcək.
Təfərrüatalrı gözləyirik…