N.Laudaya həsr olunmuş filmin çəkilişləri başlayıb

Bu gün “Da Vinçinin kodu”, “Düşüncə oyunları” və “Apollo 13” kimi filmlərin rejissoru Ron Hovard yeni “Rush” filminin çəkilişlərinə başlayıb […]

Bu gün “Da Vinçinin kodu”, “Düşüncə oyunları” və “Apollo 13” kimi filmlərin rejissoru Ron Hovard yeni “Rush” filminin çəkilişlərinə başlayıb – film üçqat dünya çempionu, əfsanəvi sürücü Niki Laudaya həsr olunub. Biz artıq xəbər vermişdik ki, film 1976-cı ildə avstriyalı sürücünün Ceyms Hantla titul uğrunda mübarizəsindən bəhs edir.

Hovardın Twitter-dəki mikrobloqunda yazdığına görə, məşqlər və hazırlıq mərhələsi arxada qalıb və indi çəkiliş qrupu birbaşa əsas işə başlayıb. Hovard çəkiliş üzündən Oskar mükafatının verilməsi mərasiminə də qatılmayacaq.

Maraqlıdır ki, məhz bu gün, fevralın 22-də Niki Laudanın 63 yaşı tamam olur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*