N.Laudanın karyerası filmin süjeti ola bilər

Dramaturq və senariçi, 2008-ci ildə “Frost Niksona qarşı” pyesinə görə Oskara nominant olan Piter Morqan üçqat dünya çempionu Niki Laudanın […]

Dramaturq və senariçi, 2008-ci ildə “Frost Niksona qarşı” pyesinə görə Oskara nominant olan Piter Morqan üçqat dünya çempionu Niki Laudanın karyerası üzrə senari yazıb.

Əlbəttə, süjetin əsas xəttini 1976-cı il mövsümü təşkil edir – avstriyalı sürücü Almaniya Qran Prisində ağır qəzaya düşmüş, baş vermiş yanğın zamanı ciddi zədələr almış, amma özündə güc taparaq yarışlara qayıtmış və son yarışadək çempion titulu uğrunda mübarizə aparmışdı.

Piter Morqan: “Lauda – əfsanəvi xarakter deməkdir. dünən mən senarini təhvil verdim və ümid edirəm ki, bizim təklifimiz davamını tapacaq.”

Niki Lauda: “Kastinq uzun vaxt aparmayacaq, bizə 25-26 yaşlı aktyor lazım olacaq, sadəcə mənə oxşasın, sağ qulağı yanmasa da olar. Zarafatı kənara qoysaq, həmin mövsüm prinsipial xarakter daşıyırdı və Hant çox ciddi rəqib idi.”

Hazırda layihəni maliyyələşdirə bilən şirkətin axtarışı gedir, layihənin realizə müddəti isə heç kimə bəlli deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*