N.Lauda titul uğrunda mübarizədə Alonsonu favorit görür

Britaniyanın Daily Mirror qəzrtinin səhifələrinə üçqat dünya çempionu Niki Lauda McLaren komandasını Lyuis Həmilton və Censon Battonun problemlərində günahkar hesab […]

Britaniyanın Daily Mirror qəzrtinin səhifələrinə üçqat dünya çempionu Niki Lauda McLaren komandasını Lyuis Həmilton və Censon Battonun problemlərində günahkar hesab edib və Alonsonu titula ən ciddii namizəd adlandırıb…

Niki Lauda: “Fernando Alonso – ciddi və ağıllı rəqibdir, o bilir ki, hansı vəziyyətdə necə davranmaq lazımdır. Həm də Ferrari-də bir neçə illik çıxışından sonra stabil çıxış etmək və komandanı inkişafa ruhlandırmaq xüsusiyyətinə malikdir. Red Bull-un maşını sürətlidir, amma mən Alonsonu ən güclü sürücü hesab edirəm.

Həmilton və Batton, iki dünya çempionu, daha yaxşı nəticələr göstərə bilərlər, amma onların hər ikisinə maşının problemləri mane olur. Hazırda Alonso çempionatda liderlik edir, amma onun rəqiblərinin artıq səhvə yol vermək imkanı yoxdur, əlbəttə, əgər onlar titul uğrunda mübarizədə iştirak etmək istəyirlərsə.

McLaren sürücüləri artıq arxadadırlar. Nəzəri cəhətdən hələ şansları var, amma hətta yenidən qələbə qazanmağa başlasalar, Alonso da xal qazanmağa davam edəcək, ona görə də belə geriqalmanı aradan götürmək çətin olacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*