N.Lauda: “Badoyer sadəcə test sürücüdür”

İtaliyanın Gazzetto dello Sport qəzetinin verdiyi xəbərə görə, bu gün saat 14:00-da Mixael Şumaher mətbuat konfransı keçirəcək və Formula1-ə qayıtmaq […]

İtaliyanın Gazzetto dello Sport qəzetinin verdiyi xəbərə görə, bu gün saat 14:00-da Mixael Şumaher mətbuat konfransı keçirəcək və Formula1-ə qayıtmaq planlarından imtinanın səbəblərini açıqlayacaq. Qəzet həmçinin üçqat dünya çempionu Niki Laudanın müsahibəsini də dərc edib…

Niki Lauda: “Mən Mixaelin qayıtmasını eşidəndə nə qədər sevinmişdimsə, əks xəbəri eşidəndə bir o qədər məyus oldum. Mixael formasını bərpa etmək üçün əlindən gələni etdi, amma təəssüf ki, motosiklet qəzasının nəticələri çox ciddi imiş. Ferrari indi çətin vəziyyətdədir, axı Badoyer sadəcə test sürücüdür və Kimi Rəykkönenə çox uduzacaq.”

Almaniyanın Bild qəzetinə Lauda daha kəskin bildirib: “İkinci Ferrari-nin sükanı arxasına kim oturursa otursun, o Şumaherdən yarım saniyə yavaş olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*