16 Dekabr 2017, Şənbə - 07:33

N.Lauda Air Berlin aviaşirkətindəki vəzifəsini tərk edib

N.Lauda Air Berlin aviaşirkətindəki vəzifəsini tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:48 - 05 Yanvar, 2013

Niki Lauda bütün gücünü Mercedes AMG komandasına sərf etməyi düşünür, ona görə də Air Berlin aviaşirkətində tutduğu rəhbər vəzifədən istefa […]

Niki Lauda bütün gücünü Mercedes AMG komandasına sərf etməyi düşünür, ona görə də Air Berlin aviaşirkətində tutduğu rəhbər vəzifədən istefa verməli olub. Keçən il üçqat dünya çempionu Mercedes AMG komandasının direktorlar şurasının qeyri-icraçı sədri təyin olunub və Mercedes-Benz Motorsport-un prezidenti Norbert Hauqun istefasından sonra Nikinin komandaya təsiri daha güclü olmalıdır.

Yeni işi ilə daha sıx məşğul olması üçün Lauda 2011-ci ilin sonundan çalışdığı Air Berlin aviaşirkətinin idarə heyətindən çıxıb, bundan sonra aviaşirkətin prezidenti Hans Yoahim Körber Laudaya yaxşı işinə görə təşəkkür edib.

Berlində dərc olunan Die Welt qəzeti ehtimal edir ki, Laudanın Berni Ekklstoun və ya Ferrari-nin prezidenti Luka di Montedzemolo kimi Formula1-in ən nüfuzlu şəxslərindən biri olmaq şansı var.

Hərçənd, on il əvvəl Lauda Jaguar komandasının başçısı vəzifəsindən istefa vermişdi – hesab olunur ki, Niki britaniyalıların mentalitetini və işə yanaşma metodlarını qəbul edə bilməmişdi. Sonradan bu komanda sahibini və adını dəyişərək Red Bull-a çevrildi və daha bir neçə ildən sonra isə Formula1-in lideri oldu. Yaxın illərdə biz Laudanın təyinatının səhv addım olub-olmamasını biləcəyik, bəlkə Mercedes AMG komandası onunla uğur qazanacaq?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 152
Teqlər , , , , , , , , , ,
Paylaş

logo