24 Noyabr 2017, Cümə - 17:13

N.Kartikeyan Force İndi ilə danışıqlar aparır

N.Kartikeyan Force İndi ilə danışıqlar aparır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:58 - 10 Fevral, 2013

Hindistan mətbuatı xəbər verib ki, Narain Kartikeyanın 2013-cü ildə Force İndia komandasında vakansiyanı tutmaqla Pol di Restanın komanda yoldaşı olmaq […]

Hindistan mətbuatı xəbər verib ki, Narain Kartikeyanın 2013-cü ildə Force İndia komandasında vakansiyanı tutmaqla Pol di Restanın komanda yoldaşı olmaq şansı peyda olub.

Deccan Chronicle qəzetinin bildirdiyinə görə, Narain keçən il əlində olan büdcəni iki dəfə artıra bilib və Vicey Malyanın komandası ona ehtiyat sürücü vakansiyasını təklif edib, amma sürücü əsas heyətə düşməyə çalışır…

Qəzet yazır: “Narainin daimi şəxsi sponsoru olan Tata konserni maliyyə dəstəyini ikiqat artıran kimi Force İndia komandası ilə danışıqlar başlayıb. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə danışıqlar daha pozitiv gedir. Formula1-də artıq ehtiyat sürücülərin rolu elə də böyük olmadığı üçün Narain əsas heyətə düşməyə çalışır. Əgər danışıqlar uğurla başa çatmarsa, çox güman ki, sürücü Amerikaya yollanacaq – İndyCar seriyasının bir neçə komandası artıq sürücü ilə maraqlanır…”

Xatırladaq ki, Narainin Formula1-də debütü 2005-ci ildə məhz indi Force İndia adlanan komandada olmuşdu: o zaman komanda Jordan adlanırdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 398
Teqlər , , , , , ,
Paylaş

logo