18 Dekabr 2018, Çərşənbə axşamı - 17:06

Niko Rosberq komandasından üzr istəyib

Niko Rosberq komandasından üzr istəyib

Müəllif: Rauf Hacıyev, redaktor

21:26 - 18 Mart, 2016

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq ikinci sərbəst yürüşlərdə etdiyi qəzaya görə komandasından üzr istəyib…

F-1.az xəbər verir ki, Niko Rosberq 7-ci döngədə bolidin idarəsini itirib və bariyerlərə çırpılıb.

Niko Rosberq qəza barədə danışıb: “Bu mənim üçün pis başlanğıc oldu. Tras çox yaş idi və dövrə vurmaq çətin idi. İkinci seansda bolidin idarəsini itirdiyim üçün utanıram.

Qaza bir az çox basdım və bolidin arxası qaçdı. Sonra divara toxundum. Ön qanad qırıldı. Bizim işimiz artdı. Gecə çox işləməliyik.

Qəzaya görə üzr istəyirəm. Komandanın gördükləri və görəcəkləri işlərə görə təşəkkür edirəm. Sabah sıralanma turunda yaxşı nəticə almaq üçün əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 428
Teqlər ,
Paylaş

logo