N.Hülkenberq podium arzulayır

2010-cu ildə Niko Hülkenberq Formula1-də debüt edəcək. GP2 çempionunun potensialı heç kimdə şübhə doğurmur, amma alman mətbuatının diqqəti digər milli […]

2010-cu ildə Niko Hülkenberq Formula1-də debüt edəcək. GP2 çempionunun potensialı heç kimdə şübhə doğurmur, amma alman mətbuatının diqqəti digər milli sürücülərdə, Mercedes GP komandasının sürücüləri Mixael Şumaher və Niko Rosberqdə olacaq.

İndiyə kimi Hülkenberq çıxış etdiyi bütüns eriyalarda uğur qazanıb, amma Formula1-də rəqabətin səviyyəsi olduqca yüksəkdir və çox şey debüt mövsümündən asılıdır – alman sürücü bu il ilk podiumunu qazanmağa ümid edir…

Niko Hülkenberq: “Debüt mövsümündə mənim məqsədim ilk podiumu qazanmaqdır, amma realist olmaq lazımdır – çox şey maşından asılı olacaq, onun rəqabətədavamlılığı isə fevral testlərindən sonra məlum olacaq.

Vaxt lazım gələcək, öyrəşmək, sükan arxasında özünü rahat hiss etmək lazımdır – mən Formula1-də heç 5000 km məsafə getməmişəm, amma üç-dörd Qran Pridən sonra vəziyyət yaxşılığa doğru dəyişəcək və mən ciddi inkişafa ümid edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*