N.Hülkenberq menecerindən ayrılıb

Force İndia komandasının ehtiyat sürücüsü Niko Hülkenberq öz meneceri ilə, əfsanəvi Villi Veberlə ayrılıb, Veber uzun illər Mixael Şumaherin karyerası […]

Force İndia komandasının ehtiyat sürücüsü Niko Hülkenberq öz meneceri ilə, əfsanəvi Villi Veberlə ayrılıb, Veber uzun illər Mixael Şumaherin karyerası ilə məşğul olmuşdu…

Menecer gənc almaniyalı sürücü ilə beş il əməkdaşlıq edib və Nikonun karyerası sürətlə irəliləyib: Avropa F3, GP2 seriyalarında qələbə qazandı, Williams komandası ilə müqavilə imzaladı, amma keçən il Veber komandada vəziyyəti düzgün qiymətləndirə bilmədi. Keçən ilin payızında San Pauluda poul qazanan Niko növbəti yarışdan sonra işsiz qaldı və yalnız Force İndia komandası ilə ehtiyat sürücü müqaviləsi imzalaya bildi.

Bundan sonra Hülkenberq öz işlərini müstəqil icra edəcək, bu işdə Nikoya onun keçmiş ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Timo Hans kömək edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*