N.Haydfeldin hələ də müqaviləsi yoxdur

Dünya çempionatı artıq başa çatamqdadır, amma Nik Haydfeldin hələ də gələn mövsümə müqaviləsi yoxdur. Amma artıq məlumdur ki, onun hazırkı […]

Dünya çempionatı artıq başa çatamqdadır, amma Nik Haydfeldin hələ də gələn mövsümə müqaviləsi yoxdur. Amma artıq məlumdur ki, onun hazırkı komanda yoldaşı Robert Kubitsa gələn il Renault-da çıxış edəcək. Nik uyğun variant axtarmaqdadır, amma hesab edir ki, əvvəlki kimi onun qiymətini bilən yoxdur…

Mövsüm BMW Sauber komandası üçün uğurlu alınmayıb: Əgər keçən il komanda qələbələrə namizəd idisə, bu il yenidən ortabab komandaya çevrilib. Nik hesabında 15, Robertin isə cəmi 9 xalı var. Amm elə təəssürat ayarnır ki, menecerlər toplanmış xallara fikir vermirlər.

Nik Haydfeld: “Hesab olunur ki, mən bəzi sürücülərə uduzuram, hərçənd əslində onlar məndən zəifdirlər. Mən 2007-ci ildə Robertdən sürətli idim, elə indi də ondan güclüyəm, amma hamı 2008-ci ildən danışır.

Keçən mövsüm istisna olmaqla, mən həmişə komanda yoldaşlarımı qabaqlamışam. Bu mənim üçün faktdır, amma çox güman ki, mən məntiqlə düşünürəm. Mənə elə gəlirdi ki, Formula1-də hər şey sürücünün nailiyyətlərinə əsaslanmalıdır, təəssüf ki, bu belə deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*