N.Haydfeld titul uğrunda mübarizəyə hazırdır

Keçən il Nik Haydfeld dörd dəfə podiumun ikinci pilləsinə qalxmışdı, amma o hələ də karyerasında ilk qələbəsini qazana bilməyib. Formula1-də […]

Keçən il Nik Haydfeld dörd dəfə podiumun ikinci pilləsinə qalxmışdı, amma o hələ də karyerasında ilk qələbəsini qazana bilməyib. Formula1-də 10-cu mövsümünə başlayacaq alman sürücü əmindir ki, ilk qələbə problemi onu narahat etmir – o daha böyük məqsədlərə çatmaq istəyir: yeni mövsümdə Nik titul uğrunda mübarizə aparmaq əzmindədir. Haydfeld əmindir ki, komandanın əldə etdiyi inkişaf onun arzusunu gerçəkləşdirməyə imkan verəcək…

Nik Haydfeld: “Hələlik maşının və şəraitin mənim qələbə qazanmağıma müəyyən şans verdiyi yeganə yarış Kanada Qran prisi olub. Amma o yarışda mənim komanda yoldaşım Robert Kubitsa ilk qələbəsini qazandı, mən ikinci oldum, komanda isə dubla imza atdı.

Keçən il gərgin işimiz sayəsində biz ciddi inkişafa nail olduq, bu il belə bir ciddi təkana ehtiyacımız yoxdur. Əgər yeni BMW Sauber F1.09 maşını qələbə uğrunda mübarizə aparmağa imkan versə, mən titul uğrunda mübarizə aparacam – buna mənim gücüm çatar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*