N.Haydfeld: “Start fantastik alındı”

Sepanqda altıncı yerdən start alan Nik Haydfeld elə birinci döngədəcə ikinciliyə yüksəlib və finişdə podium qazanıb. Sonuncu dəfə Nik podiumu […]

Sepanqda altıncı yerdən start alan Nik Haydfeld elə birinci döngədəcə ikinciliyə yüksəlib və finişdə podium qazanıb. Sonuncu dəfə Nik podiumu elə Malayziyada qazanmışdı, 2009-cu ildə almaniyalı sürücü BMW Sauber komandasında çıxış edirdi…

Nik Haydfeld: “Start fantastik alındı, Avstraliyadada mən yaxşı start almışdım, amma bu dəfə altıncı yerdən belə yüksəliş gözləmirdim. Mən Sebastyanla mübarizə aparırdım, Seb güzgülərdə məni görürdü, mən əlimdən gələni etdim, amma o məndən sürətli idi.

Birinci hissənin sonunda təkərlər effektliyini itirmişdilər, mən komandaya müraciət etdim ki, pit-stop lazımdır, amma onlar məndən trasda qalmağı xahiş etdilər – yağış gözlənilirdi və əlavə pit-stopdan qaçmaq istədik. Amma bərk təkərlərlə maşın yaxşı görünürdü – son dövrələrdə Mark hücuma hazırlaşanda, onun təkərləri çox yeyilmişdi.

Mənim Lotus Renault GP komandasında ilk podiumum irəliyə doğru böyük addımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*