N.Haydfeld Kubitsaya açıq məktub göndərib

Almaniyada dərc olunan Bild qəzetinin səhifələrində Nik Haydfeld keçmiş komanda yoldaşı Robert Kubitsaya açıq məktub yollayıb… Məktubda deyilir: “Əziz Robert. […]

Almaniyada dərc olunan Bild qəzetinin səhifələrində Nik Haydfeld keçmiş komanda yoldaşı Robert Kubitsaya açıq məktub yollayıb…

Məktubda deyilir: “Əziz Robert.

Sən bunu gördünmü? Mən öz şlemimin önünə sənin loqotipini və yan tərəfinə isə Polşanın bayrağını yapışdırmışdım. Mən istəyirəm ki, sən bunu görəsən və başa düşəsən ki, mən səni unutmamışam. Mən sənin azarkeşlərinə göstərmək istəyirdim ki, sən bu komandanın və Formula1-in bir hissəsisən.

Malayziyada qazandığım podiumu da sənə ithaf edirəm! Finiş xəttini keçərkən mən çox xoşbəxt idim. Mən bilirəm ki, sən indi nə barədə düşünürsən – “bu il Lotus Renault GP əla maşın hazırlayıb və mən tezliklə sağalıb sükan arxasına qayıtmaq istəyirəm!” Sən bunu edə bilərsən. Mən sənə tezliklə sağalmağı arzu edirəm!

Sənin Nikin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*