N.Hauq: “Qaydalar daha dəqiq olmalıdır”

Mercedes Motorsport-un vitse-prezidenti Norbert Hauq əmindir ki, Formula1-də texniki reqlament və qaydalar daha dəqiq yazılmaldırlar ki, mövsümün başlanğıcında xoşagəlməz hallar […]

Mercedes Motorsport-un vitse-prezidenti Norbert Hauq əmindir ki, Formula1-də texniki reqlament və qaydalar daha dəqiq yazılmaldırlar ki, mövsümün başlanğıcında xoşagəlməz hallar olmasın. Xatırladaq ki, Keçən cümə axşamı Melburnda Ferrari, Renault və Red Bull komandaları Brawn GP, Toyota və Williams komandalarına qarşı onların maşınalrının reqlamentə uyğun gəlməməsi üzündən protest vermişdilər. FİA protesti rədd etsə də, məsələ aprelin 14-də federasiyanın Apelyasiya Məhkəməsində müzakirə olunacaq.

Norbert Hauq: “Formula1-də qarşıdurmalar həmişə olub və həmişə də mövsümün ilk yarışında belə hallarla üzləşmək mümkündür.

Bunun olması üçün reqlament və qaydalar daha dəqiq yazılmalıdırlar. Biz çoxdan tələb edirik ki, qaydaları daha aydın yazsınlar. Hərə özü istədiyi kimi qyadaları yozsa, onda məsrəfləri azaltmaq uğrunda mübarizə hədər yerə gedəcək- axı eyni detalı iki dəfə hazırlamaq nən azı iki dəfə baha başa gələcək.

Ən əsası isə odur ki, azarkeşlər də aydınlıq tələb edirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*