N.Hauq: “Mercedes Formula1-dən getmir”

Mercedes-Benz Formula1-də iştirakını davam etdirmək niyyətindədir və gələcəkdə şirkət dünya iqtisadi vəziyyətinin çətinliklərini nəzərə alacaq. Bu həftə alman mətbuatı şirkətin […]

Mercedes-Benz Formula1-də iştirakını davam etdirmək niyyətindədir və gələcəkdə şirkət dünya iqtisadi vəziyyətinin çətinliklərini nəzərə alacaq. Bu həftə alman mətbuatı şirkətin Formula1-i tərk etməsi barədə çox yazıb, buna səbəb isə gələn həftə keçiriləcək Ümumdünya Şurasının iclasında McLaren komandasının ciddi cəriməsi ola bilər. Amma Mercedes Motorsport-un vitse prezidentinin sözlərinə görə, o rəhbərliyin Formula1-ə sadiq qalması təminatını alıb…

Norbert Hauq: “Biz müxtəlif şayiələr eşidirik ki, guya Mercedes Formula1-i tərk edəcək. Əlbəttə, düzünü söyləməliyəm, indiki iqtisadi böhrandan qaçmaq mümkün deyil. Mən şadam ki, biz şirkət rəhbərliyindən təminat almışam və işimizi davam etdirəcəyik, amma bu həmişə belə olmayacaq.

Mən qabaqcadan söyləyə bilmərəm ki, iki-üa aydan sonra və ya yarım ildən sonra avtomobil sənayesində nə baş verəcək – vəziyyət yaxşılaşacaqmı? Amma əgər biz çox maşın sata bilsək, onda sözsüz ki, bizim işimiz daha yaxşı gedəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*